
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbi sentyabrın 27-dən başlayaraq bu gün də davam edən Ermənistanın hərbi təxribatı nəticəsində təmas xəttindən kənarda yerləşən şəhər, kənd və yaşayış məntəqələrimizin raket və ağır artilleriya atəşinə məruz qalmasına və insan tələfatına diqqəti çəkmək üçün ingilis dilində videoçarx hazırlayıb.
Daha çox insana çatması üçün videoçarx #erməniterrorunason həştəqi ilə açıq informasiya resurslarında yerləşdirilib və Ali Məktəbin əməkdaşlıq etdiyi portnyorlara göndərilib.
Videoçarxda erməni vandalizmi, onların mülki əhalini hədəf seçən hücumları qeyd olunub.
Günahsız uşaqların, qadın və yaşlıların həlak olduğu və yaralandığı mülki əhaliyə qarşı hücumlar terrorizim kimi xarakterizə olunub.
Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda mübarizə apardığı, təmas xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir kimi iri infrastruktur şəhərlərinin çoxsaylı və qeyri-qanuni hücumlara məruz qalmasına, azyaşlı məktəblilərin həlak olmasına ayrıca yer verilib.
Bakı Ali Neft Məktəbi olaraq ümid edirik ki, “Biz Ədalət istəyirik!” şüarı ilə bitən videoçarx haqq səsimizin duyulmasına bir töhfə olacaqdır.