
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) 7 məzunu SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda işə başlayıb.
Belə ki, Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının məzunları Zülfüqar Tağıyev , Aytac Məmmədli, Rauf Şirəliyev, Səidə Sadiyeva, Proseslərin avtomatlaşdırılması ixtisasının məzunları Elvin Həsənli, İlham Marufov və Ziyəddin Quliyev işə qəbul zamanı imtahan və müsahibə mərhələsini uğurla keçiblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və SOCAR-ın Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (NEZ) direktoru Bəxtiyar Məmmədovun iştirakı ilə işə qəbul olan məzunlarla görüş keçirilib.
Görüşdə işə qəbul olmaları münasibətilə məzunlara xoş arzular çatdırılıb, çalışdıqları müddətdə işlərinə məsuliyyətlə yanaşmaları, bilik və təcrübələrini müəssisənin inkişafı üçün səfərbər etmələri tövsiyə olunub.
Zavodun direktoru Bəxtiyar Məmmədov məzunlara kifayət qədər məsuliyyətli pozisiyaların həvalə olunduğunu qeyd edərək, gənc mühəndislərin NEZ-in yenidənqurma və modernləşdirilmə işlərində xüsusi rol oynayacağına inandığını bildirib.
Rektor E. Qasımov isə qeyd edib ki, əvvəlki illərdə də BANM-i bitirən məzunlar yüksəkixtisaslı kadr kimi bu gün Heydər Əliyev adına Neft Emalı zavodunun inkişafına töhfə verirlər. Onlar zavod rəhbərliyi tərəfindən yaradılan şərait sayəsində xaricdə ixtisasartırma kurslarında iştirak edərək daha da püxtələşiblər. E.Qasımov cari ilin məzunlarının da onlara göstərilən etimadı doğruldacağına əminliyini bildirib.
Məzunlar da öz növbəsində yaradılan şərait və dəstək üçün Bakı Ali Neft Məktəbinin, eləcə də Heydər Əliyev adına Neft Emalı zavodunun rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.