
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
Bakı Ali Neft Məktəbinin (BANM) İnnovasiya və Tədqiqatlar Mərkəzinin “Biofactant” startap layihəsi Çin Neft Universitetinin “Sahibkarlıq və İnnovasiya” müsabiqəsində finala seçilən innovativ layihələrdən biri olub. “Biofactant” startap layihəsi növbəti mərhələdə dünya universitetlərindən finala vəsiqə qazanmış digər layihələrlə yarışacaq.
Layihənin əsas məqsədi işlənmiş bitki yağlarından sintez yolu ilə ekoloji təmiz səthi aktiv maddələrin alınmasıdır.
Layihənin inkişaf rəhbəri İnnovasiya və Tədqiqatlar Mərkəzinin layihə meneceri Elmar Əsgərzadədir. Sözügedən layihədə Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının tələbələri Güllü Hüseynli, Afaq Həşimova və Natiq Babayev iştirak edirlər.
Layihə BANM-in laboratoriyalarında reallaşdırılacaq.
Çin Neft Universitetinin “Sahibkarlıq və İnnovasiya” müsabiqəsinə ümumilikdə 400 layihə seçilir ki, bunların arasında 100 layihə finala vəsiqə qazanır. Çin Təhsil Nazirliyinin ev sahibliyi etdiyi yarışma 2015-ci ildən keçirilir. Ötən il 4.57 milyon universitet tələbəsi 1.09 milyon yenilikçi layihə ilə yarışmaya imza atıb.
Müsabiqədə 124 ölkədən təxminən 4000 kollec və universitet təmsil olunur, 1000-dən çox investor, müəssisə və beynəlxalq təşkilat qalib və yenilikçi layihələrə dəstək üçün cəlb olunur.
Təşkilat Komitəsi tərəfindən qaliblərə mükafat sertifikatı təqdim edilir, onlara investisiya və inkubatorların tapılmasında dəstək göstərilir.