
Xəbərlər
- Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib
- Bakı Ali Neft Məktəbi istifadə edilmiş elektrik batareyalarını utirilizasiya üçün təhvil verdi
- Bakı Ali Neft Məktəbində növbəti tədris ilindən 20 nigeriyalı tələbə təhsil alacaq
- Bakı Ali Neft Məktəbi Beynəlxalq təhsil sərgisində təmsil olunub
- Bakı Ali Neft Məktəbində qlobal eko-energetik problemlər müzakirə olunub
- Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes Təhsili" layihəsinin növbəti kursu başa çatdı
- Bakı Ali Neft Məktəbinin 2 komandası beynəlxalq yarışın qalibi olub
- Elmar Qasımov Polis Akademiyasında
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları
9 məzunumuz SOCAR-ın Karbamid zavodunda işə qəbul olub

Kimya mühəndisliyi ixtisasının məzunları Nigar Xoçbəkova, Elmir Mustafayev, Aynur Abbasova, Turan Əzimov, Vüsal Bədəlov, Nərgiz Eyyubova, Əfsanə Salamova, Zərifə Abdulova və Sultan Əliyev (2017-ci il məzunu) Kimyəvi emal sahəsi üzrə müxtəlif vəzifələrdə işə qəbul olunubar.
İlk mərhələdə qeyd olunan vakansiyalara uyğun gələn namizədlər seçilib və daha sonra zavoda işəqəbul prosesi xüsusi onlayn müsahibə əsasında həyata keçirilib.
İşə qəbul olmaları münasibətilə məzunlarla görüşən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov onları təbrik edərək, karyeralarında ilk addımı atan gənc mühəndislərə uğurlar arzulayıb.
Rektor bildirib ki, Bakı Ali Neft Məktəbinin SOCAR Karbamid zavodu ilə uzunmuddətli əməkdaşlıq əlaqələri mövcuddur. E.Qasımov Ali Məktəbin tələbələrinin mütəmadi olaraq zavodda istehsalat təcrübəsi keçdiyini və hazırda Krabamiddə müxtəlif vəzifələrdə uğurla çalışan 10-dan çox BANM məzunu olduğunu qeyd edib.
O həmçinin, təməli 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulan Karbamid zavodunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını və aparıcı istehsalat müəssisələrindən biri olduğunu vurğulayıb.
Rektor məzunlara intellektual potensialları və bacarıqları ilə çalışdıqları müəssisənin inkişafında xüsusi rol oynamağı və BANM-i layiqincə təmsil etməyi tövsiyə edib.
Qeyd edək ki, zavod ammonyak, maye və dənəvər karbamid istehsalı üzrə ixtisaslaşıb.