AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin müəllimlərinin məqaləsi beynəlxalq jurnalda dərc ediləcək

15 Oktyabr, 2020-ci ildə Bakı Ali Neft Məktəbinin əməkdaşları Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının professoru Muhammad M.A.S. Mahmoud Salih və dosenti Leyla Muradxanlının “Obrazların tanınması metoduna əsaslanan idarəetmə sistemindən istifadə etməklə aşağı trafikli uzun yolların işıqlandırılması üçün daha təhlükəsiz dizayn və az əməliyyat xərcləri” ("Safer Design and Less Cost Operation for Low-Traffic Long-Roads Illumination Using Control System Based on Pattern Recognition Technique " ) adlı məqaləsi  Scientific Research Publishing -ABŞ tərəfindən Beynəlxalq “Intelligent Control and Automation” jurnalında dərc edilməyə qəbul edilmişdir.

 

Scientific Research Publishing (SCIRP) (https://www.scirp.org) açıq giriş jurnallarının akademik naşiridir. SCIRP hazırda elm, texnologiya və tibb sahələrində 200-dən çox açıq giriş jurnalına malikdir. Son 10 ildə Beynəlxalq “İntellektual İdarəetmə və Avtomatlaşdırma” (“Intelligent Control and Automation”) jurnalı 1,5 milyondan çox endirilmiş və 2 milyondan çox baxılmışdır. Jurnalın istinad / məqaləsi 8.4, impakt faktoru isə 1.12.