
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Azərbaycan Respublikasının Təhsil İnstitutunun reallaşdırdığı “Kibertəhlükəsizliyə giriş” təlim layihəsində iştirak edən Bakı Ali Neft Məktəbinin tələbələrinin finalda təqdim etidiyi layihə birinci yerə layiq görülüb.
Tələbəmiz Vüsalə Ələkbərova "First Bug Bounty platform for Azerbaijan" layihəsini təqdim edib. Layihə I yerə, layihənin rəhbəri isə “Ən yaxşı tələbə” adına layiq görülüb.
"First Bug Bounty platform for Azerbaijan" layihəsi eyni zamanda 4 layihə arasından “Ən yaxşı layihə” seçilib. Təhsil naziri Emin Əmrullayev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının nümayəndələri layihəni yüksək qiymətləndiriblər.
Məlumat üçün bildirək ki, “Kibertəhlükəsizliyə giriş” təlim layihəsinin məqsədi Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alan tələbələrə kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik, eyni zamanda praktiki bacarıqların verilməsindən ibarətdir.
Bu təlimlər Təhsil İnstitutu tərəfindən xaricdə dövlət proqramı ilə təhsil alan və orada işləyən iki gəncin mentorluğu, eləcə də yerli və xarici təlimçilərin iştirakı ilə təşkil olunmuş 6 aylıq layihə çərçivəsində reallaşdırılıb.
Təlimlərdə kibertəhlükəsizliyin əsas aspektləri ilə yanaşı “Veb tətbiqin təhlükəsizliyi”, “İnfrastruktur təhlükəsizliyi”, “Etik hakerlik”, “Sosial mühəndislik”, “Kriptoqrafiya”, “Zərərli proqramlar”, “Mobil və Simsiz Şəbəkələrin Əsasları” kimi modular üzrə də təlimlər keçirilib.
Təlimlərdə Bakı Ali Neft Məktəbinin tələbələri Vüsalə Ələkbərova, Əli Əsgərli, Camal Muradov, Şəms Gözəlova və Hüseyn Qəmbərov iştirak edib, sertifikatlar əldə ediblər.