
- Bakı Ali Neft Məktəbində "Qarabağın təbii sərvətləri" müzakirə olundu
- BANM-in Prezident təqaüdçüsü: "Kəlbəcər mənim üçün Azərbaycan, xatirələrdə canlandırılan Vətən torpağıdır"
- Bakı Ali Neft Məktəbində "Qarabağın Təbii Sərvətləri" mövzusunda vebinar keçiriləcək
- Rektor Elmar Qasımov Vətən müharibəsində iştirak edən əməkdaşla görüşdü
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
18-28 dekabr tarixlərində lichess.org platformasında keçirilən Turnirdə 40 nəfər oyunçu iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışmanın finalında Məmmədli Anar rəqibi Şəfizadə Kənan üzərində inamlı qələbə qazanaraq Şahmat Turnirinin qalibi olub.
3-cü yer uğrunda isə Kazımlı Qəhrəman Niftəliyev Şahini məğlub edərək turnirin bürünc medalına sahib olub.
Turnirin yekun oyunları 2 qat Avropa, 4 qat Azərbaycan çempionu, eyni zamanda, dünya çempionatının qalibi, Al–Ain Beynəlxalq Çempionatında I yerin sahibi, 2014-cü ildə "Beynəlxalq Usta" (İM) adına layiq görülmüş, kişilər arasında Azərbaycan çempionu, 2470 Elo reytinqinə sahib Abdulla Qədimbəylinin şərhində “Zoom” platforması üzərindən “Live stream” olaraq təqdim olunub.
Oyunların sonunda Beynəlxalq Şahmat ustası Abdulla Qədimbəyli tələbələri maraqlandıran suallara cavab verib, bu ağır dönəmdə şahmatsevərləri bir araya yığaraq turniri təşkil etdiklərinə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə və kollektivinə dərin minəttarlığını bildirib.
Yarışın qalibləri müvafiq sertifikat və hədiyyələrlə təltif olunacaqlar.
Qalibləri səmimi qəlbdən təbrik edirik.