
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
- "Mühəndislər üçün biznes təhsili" layihəsinin növbəti kursu başlayır
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən yüzlərlə çağrışçılar arasında Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, tələbə və məzunları da olub.
Onlar İkinci Qarabağ müharibəsində iştirak edərək Böyük Zəfərin qazanılmasına öz töhfələrini veriblər.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu günlərdə ordu sıralarından tərxis olunan Elektron Tədris şöbəsinin əməkdaşı Ağasəlim Qafarovla görüşüb.
Elmar Qasımov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı ilə işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində Azərbaycan əsgərlərinin, hərbçilərinin tarix yazdığını ölkəmizə qarşı davam edən ədalətsizliyin bərqərar olunmasında rəşadətlə vuruşduğunu qeyd edib.
Rektor ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
“Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadr olmaqla yanaşı, döyüş meydanında layiqli vətəndaş kimi də özünüzü doğrultdunuz. BANM ailəsi olaraq sizinlə fəxr edirik!”- deyə rektor əlavə edib.
Rektor Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfə verən A.Qafarova öz təşəkkürünü bildirib və göstərdiyi şücaət və işinə peşəkar yanaşması nəzərə alınaraq onun vəzifə dərəcəsinin artırıldığını qeyd edib.
Ağasəlim Qafarov isə öz növbəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edərək əzəli torpaqlarımızın düşməndən azad edilməsində iştirak etdiyinə görə qürur duyduğunu bildirib.