
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov payız imtahan sessiyası ərəfəsində Ali Məktəbin tələbələri ilə onlayn görüş keçirib.
1000-ə yaxın tələbənin iştirak etdiyi görüşdə distant təlim-tədris prosesi, imtahanlara hazırlıq prosesi, tələbələrin qarşısına çıxan çətinliklər müzakirələr edilib.
Rektor bildirib ki, təhsildə tətbiq edilən müasir kommunikasiya metodlarının nəticəsidir ki, Bakı Ali Neft Məktəbində tədris prosesini vaxtında yekunlaşdırmaq və imtahanları onlayn qaydada uğurla təşkil etmək mümkün olub.
“Ali Məktəbimizdə imtahanlar mövcud qaydalara, yerli və beynəlxalq standartlara uyğun təşkil edilir, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin olunur. Eyni zamanda, tələbələrin şikayətlərinin qısa zamanda araşdırılıb, müvafiq qərar qəbul edilməsi həyata keçirilir. Hər bir müraciətə, şikayətə ayrı-ayrılıqda baxılır, buraxılmış səhvlər bir-bir izah edilir, obyektivliyə tam zəmanət verilir”- deyə E.Qasımov qeyd edib.
Görüşdə tələbələrin əldə etdikləri uğurları və qarşıda duran perspektivlər ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra, tələbələrin müxtəlif mövzular üzrə sual, müraciət və təklifləri dinlənilib, onların bütün sualları rektor tərəfindən ətraflı cavablandırılıb.
Sonda rektor tələbələrə yeni semestrdə uğurlar arzulayaraq onları daha fəal və intizamlı olmağa çağırıb.