
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Çin Neft Universitetinin (Pekin) prezidenti və Dünya Enerji Universitetləri Şəbəkəsinin (WEUN) Baş Assambleyasının sədri prof. Zhang Laibin Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova təşəkkür məktubu ünvanlayıb.
O, Dünya Enerji Universitetləri Şəbəkəsi (WEUN) tərəfindən təşkil olunan 6-cı “İnternet+innovasiya və sahibkarlıq” yarışmasında Bakı Ali Neft Məktəbinin tələbələrinin iştirakının yüksək səviyyədə təşkilinin və onlara göstərilən dəstəyin tələbələrin uğurları üçün həlledici rol oynadığını qeyd edib.
Zhang Laibin eyni zamanda, müsabiqədə gümüş və bürünc medal qazanan tələbələri təbrik edirərək, müsabiqə zamanı vaxt fərqinə, kəskin rəqabətə, fizioloji və psixoloji stressə baxmayaraq onların yüksək nəticələr əldə ediyini bildirib.
“Tələbələrinizin nailiyyətləri Komitə tərəfindən yüksək qiymətləndirilir, inanıram ki, onların qazandıqları təcrübə əldə edilən mükafatlardan daha zəngindir. Gələn il WEUN-un üzv olan universitetlər üçün bir sıra seminarlar, vebinarlar və tələbə müsabiqələri daxil olmaqla geniş imkanlar yaradılacaq. Sizin Ali Məktəbin də fəal iştirakını səbirsizliklə gözləyirik” - deyə Zhang Laibin qeyd edib.