
- Bakı Ali Neft Məktəbində Xocalı soyqırımı qurbanları anılıb
- BANM Stokholm Universiteti ilə kibertəhlükəsizlik sahəsi üzrə mütəxəsis hazırlığına başlayır
- Bakı Ali Neft Məktəbində I kurs tələbələri üçün Orientasiya proqramı keçirilir
- Bakı Ali Neft Məktəbinin "Vətən yaxşıdır" müsabiqəsi yekunlaşdı
- Prezidentin köməkçisi Bakı Ali Neft Məktəbində
- Bakı Ali Neft Məktəbində "Vətən yaxşıdır" adlı onlayn bədii qiraət müsabiqəsi keçiriləcək
- Rektor Elmar Qasımov tələbə təşkilatlarının sədrlərilə görüş keçirib
- Bakı Ali Neft Məktəbinin eyni sinifdən olan iki Prezident təqaüdçüsü
- Rektor Elmar Qasımov Prezident təqaüdçüləri ilə onlayn görüş keçirib
- Bakı Ali Neft Məktəbinin layihəsi "Elm-Təhsil-Sənaye" qrant müsabiqəsinin qalibi oldu
Bakı Ali Neft Məktəbinin (BANM) və bp şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursuna start verilir.
İndi Azərbaycanda mühəndislik ixtisası üzrə təhsil alan digər universitet tələbələri də bu kursdan yararlana biləcəklər!
Layihənin əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik və idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılmasıdır. Proqram tam olaraq ingilis dilində aparılacaqdır.
- Proqramın xərcləri Bakı Ali Neft Məktəbinin hesabınadır.
Layihə sizə nə verəcək?
- Biznes sahəsində bilik və bacarıqlara yiyələnmək
- Praktiki məşğələlərdə iştirak etmək
- bp və digər transmilli şirkətlərin aparıcı nümayəndələri ilə təcrübə mübadiləsi və müzakirə imkanları
- Bakı Ali Neft Məktəbinin ən qabaqcıl və beynəlxalq sertifikatlı heyətindən təhsil almaq
- Proqramın sonunda sertifikat ilə təmin edilmək
Proqram Bakı Ali Neft Məktəbinin beynəlxalq təcrübəli mütəxəssisləri tərəfindən həyata keçiriləcəkdir. Təlimlər fevral-mart ayları ərzində Bakı Ali Neft Məktəbi tərəfindən onlayn formada təşkil ediləcəkdir.
Proqrama daxil olan modullar:
- Prezentasiya və kommunikasiya bacarıqları
- Layihə idarəetməsi
- Vaxtın idarəedilməsi və səmərəlilik
- Risklərin idarəedilməsi
- Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş
- İnsan resurslarının idarəedilməsinin əsasları və liderlik
Kimlər müraciət edə bilər:
- Hazırda yalnız mühəndislik ixtisasları üzrə təhsil alan 3-cü, 4-cü və 5-ci kurs tələbələri.
- Yalnız ingilis dili bacarıqları yüksək olan tələbələr.
- Bakı Ali Neft Məktəbi: 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələri isə 3-cü və 4-cü kurs tələbələri
Qeydiyyat üçün aşağıda qeyd edilən məlumatları businesseducation@bhos.edu.az elektron ünvanına göndərməyiniz xahiş edilir.
Qeydiyyat üçün son tarix: 8 fevral 2021-ci il
Yerlərin məhdud olduğunu nəzərə alaraq tezliklə qeydiyyatdan keçməyniz tövsiyə olunur.
Proqrama qəbul olan tələbələrə 20 fevral, 2021-ci il tarixinədək məlumat veriləcəkdir.
Əlavə suallarınız üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz.
e-mail: businesseducation@bhos.edu.az
Telefon: 012 521 00 00 ( daxili: 33027)