
- Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib
- Bakı Ali Neft Məktəbi istifadə edilmiş elektrik batareyalarını utirilizasiya üçün təhvil verdi
- Bakı Ali Neft Məktəbində növbəti tədris ilindən 20 nigeriyalı tələbə təhsil alacaq
- Bakı Ali Neft Məktəbi Beynəlxalq təhsil sərgisində təmsil olunub
- Bakı Ali Neft Məktəbində qlobal eko-energetik problemlər müzakirə olunub
- Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes Təhsili" layihəsinin növbəti kursu başa çatdı
- Bakı Ali Neft Məktəbinin 2 komandası beynəlxalq yarışın qalibi olub
- Elmar Qasımov Polis Akademiyasında
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları
Bakı Ali Neft Məktəbi (BANM) İsveçin Stokholm Universiteti ilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəsis hazırlığı istiqamətində əməkdaşlığa başlayıb. Birgə layihə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə artan tələbatı ödəmək üçün nəzərdə tutulub. BANM xüsusi Bakalavr proqramı çərçivəsində bu sahə üzrə təhsillərini davam etmək istəyən gənclər üçün onlayn kurslar təşkil edəcək.
Stokholm Universiteti ilə birgə təşkil edilən onlayn kurs kibertəhlükəsizlik sahəsində təhsil, təcrübə mübadiləsi, sənayenin ehtiyaclarını araşdırmaq və praktik bacarıqlı mütəxəssis yetişdirmək məqsədi daşıyır.
Bu ortaq layihə gənc istedadlara kiber təhlükəsizlik sahəsində xüsusi hazırlanmış onlayn proqram vasıtəsilə karyeralarını inkişaf etdirmək üçün bir çox fürsətlər təqdim edəcək. Eyni zamanda, bu birgə təşəbbüs bölgədə informasiya təhlükəsizliyi sektorunda beynəlxalq əməkdaşlığın inkişafına zəmin yaradacaq.
Bakı Ali Neft Məktəbi yüksək keyfiyyətli, rəqabətə davamlı kibertəhlükəsizlik təhsilinin təmin edilməsinə yönülmuş bu ortaq təşəbbüs vasitəsi ilə Polşa, Gürcüstan və Ukraynanın aparıcı universitetləri ilə əməkdaşlıq edəcək.