
- Bakı Ali Neft Məktəbində beynəlxalq "Petrobowl" yarışının universitetlərarası çempionatı keçirilib
- Bakı Ali Neft Məktəbi "YAŞAT" Fonduna ianə etdi
- Bakı Ali Neft Məktəbinin müəllimi Təhsil İnstitutuna direktor təyin edildi
- Bakı Ali Neft Məktəbində Onlayn Şahmat Turnirinin qalibi məlum oldu
- 2 tələbəmiz Akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görüldü
- Bakı Ali Neft Məktəbində Ramiz Rövşənin poeziya gecəsi keçirilib
- Bakı Ali Neft Məktəbinin Baş müəllimi Farad Kamyabinin elmi məqaləsi Fransanın beynəlxalq jurnalında çapdan çıxıb
- BANM-in startap layihələri beynəlxalq müsabiqənin əsas mükafatlarını qazandı
- Bakı Ali Neft Məktəbinin 5 müəllimi "CISCO" Akademiyasının "İnstruktor" adını qazandı
- Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə "Qarabağın mədəniyyəti və mənəvi sərvətləri" mövzusunda vebinar
2013-cü ilin noyabr ayının 7÷8-də Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) İcraçı Şurasının iclasında Bakı Ali Neft Məktəbinin müraciətinə baxılmış və ali təhsil müəssisəsi QDUŞ-un Nizamnaməsinin tələblərinə cavab verdiyinə görə bu Təşkilata üzv qəbul edilmişdir.
Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının tövsiyəsi əsasında Qara Dəniz Regionu rektorlarının 1998-ci ildə Konsanta (Rumıniya) şəhərində keçirilmiş 2-ci konfransında təsis olunmuşdur.
Təşkilat Qara Dəniz Regionunda universitetlər arasında elmi əməkdaşlıq çərçivəsində əlaqələrin qurulması məqsədilə yaradılmışdır.
Qara Dəniz Universitetləri Şəbəkəsi Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının üzvü olan 12 ölkənin (Albaniya, Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və s.) 100-dən artıq universitetini birləşdirir.
Bakı Ali Neft Məktəbinin Qara Dəniz Universitetləri Şəbəkəsinə üzv qəbul edilməsi bu Təşkilatın Baş Katibi professor Eden Mamutun ali təhsil müəssisəsinin rektoru Elmar Qasımova ünvanladığı məktubla təsdiqlənmişdir.
Məktubda Qara Dəniz Universitetləri Şəbəkəsinin Beynəlxalq Daimi Katibliyinin adından Bakı Ali Neft Məktəbinin tədris və elmi-tədqiqat sahəsində malik olduğu potensialın Təşkilatın fəaliyyətinə layiqli töhfə verəcəyinə əminliq bildirilmişdir.