
- Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib
- Bakı Ali Neft Məktəbi istifadə edilmiş elektrik batareyalarını utirilizasiya üçün təhvil verdi
- Bakı Ali Neft Məktəbində növbəti tədris ilindən 20 nigeriyalı tələbə təhsil alacaq
- Bakı Ali Neft Məktəbi Beynəlxalq təhsil sərgisində təmsil olunub
- Bakı Ali Neft Məktəbində qlobal eko-energetik problemlər müzakirə olunub
- Bakı Ali Neft Məktəbində Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları keçiriləcək
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes Təhsili" layihəsinin növbəti kursu başa çatdı
- Bakı Ali Neft Məktəbinin 2 komandası beynəlxalq yarışın qalibi olub
- Elmar Qasımov Polis Akademiyasında
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Tələbə və Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi Konfransları
Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış qrant proqramı çərçivəsində Bakı Ali Neft Məktəbinin Kimya mühəndisliyi ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Peru vətəndaşı Belka Acevedo Lozano “Qoşulmama Hərəkatı modeli” beynəlxalq simulyasiya məşğələsində iştirak edir.
Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində keçirilən və ilk dəfə baş tutan təşəbbüs cari ilin 1-5 mart tarixlərini əhatə edir. Burada Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan gənclər , o cümlədən Azərbaycanda təhsil alan digər əcnəbi tələbələr iştirak edir.
Qoşulmama Hərəkatının üzv dövlətlərindən yüzlərlə gənc müraciət edib və rəqabətli seçim prosesi nəticəsində 39 QH üzv dövlətini təmsil edən 60 gənc məşğələdə iştirak hüququ qazanıb.
İştirakçılar üzv dövlətlərinin yüksək vəzifəli rəsmilərinin rollarını canlandırmaqla COVID-19 pandemiyasından sonrakı dövr üçün Qoşulmama Hərəkatına üzv dövlətlərin tövsiyələrini hazırlayacaqlar.
Tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və BMT Baş katibinin gənclər üzrə xüsusi elçisi Cayatma Vikramanayake çıxış ediblər.
Məşğələnin 5 marta qədər davam edəcək növbəti hissələrində iştirakçıların regional bölgü (Latın Amerikası, Asiya və Afrika/Avropa) əsasında qrup müzakirələrinin və bütün iştirakçıların iştirakı ilə keçiriləcək plenar iclaslarının baş tutması və sonda Simulyasiyanın yekun sənədinin razılaşdırılıb qəbul edilməsi gözlənilir.