AZ / EN / RU
BANM tələbələrinin "Azərkosmos" ASC-yə səfəri

   Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin “Azərkosmos” ASC-yə növbəti səfəri baş tutub. Səfərlər zamanı tələbələr “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzi ilə, orada həyata keçirilən işlərlə yaxından tanış olurlar.

 

Qeyd edək ki, BANM və “Azərkosmos” ASC arasında əldə olunan razılaşmaya əsasən tələbələrin respublikanın informasiya-kommunikasiya texnologiyaları sahəsində əldə etdiyi uğur və nailiyyətlər barədə məlumatlandırılması, onlarda müvafiq sahə üzrə biliklərinin artırılması və innovativ texnologiyalarla bilavasitə tanışlığını təmin etmək məqsədilə “Azərkosmos” ASC-yə mütəmadi səfərlər təşkil olunur.