AZ / EN / RU
Debat təlimlərinin iştirakçıları sertifikatla təltif olunub

   Bakı Ali Neft Məktəbində Tələbə Gənclər Təşkilatının Debat Klubunun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Debat Klubunun birgə təşkilatçılığı ilə BANM-də keçirilmiş 4 günlük Debat təlimlərinə yekun vuruldu. Sonuncu gün “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) proqram meneceri Canoğlan İlyasovun təqdimatında keçirilib. Təlimlərdə ən fəal iştirak edən tələbələrə BANM-in rektoru Elmar Qasımov tərəfindən təlim təşkilatçılarının imzası ilə sertifikatlar təqdim olunub.