AZ / EN / RU
Professor Rəna Mustafayeva SOCAR-ın və BANM-in fəxri fərmanları ilə təltif olunub

     Ali təhsildən sonrakı təhsil (doktorantura) şöbəsinin rəisi, kimya elmləri doktoru, professor Rəna Mustafayeva neft və qaz sənayesi üçün kadrların hazırlanmasında xidmətlərinə görə SOCAR tərəfindən “Fəxri Fərman”la təltif olunub. Bununla yanaşı, o, Ali Məktəbin quruculuğu, tələbələrin elmi işlərə cəlb edilməsi, yeni kampusda kimya yönümlü laboratoriyaların qurulması, dərs vəsaitlərinin hazırlanması işlərində səmərəli fəaliyyətinə görə, eyni zamanda elmi fəaliyyətinin 25 illiyi münasibətilə Bakı Ali Neft Məktəbinin “Fəxri Fərmanı”na layiq görülüb.