AZ / EN / RU
BANM-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirildi

     Bakı Ali Neft Məktəbində (BANM) Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 23 illiyi münasibətilə tədbir keçirildi. Öncə tədbir iştirakçıları tərəfindən Ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin Bakı Ali Neft Məktəbindəki büstü önünə tər gül dəstələri qoyuldu. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbiri açaraq YAP-ın yarandığı 23 illik bir dövrdə partiyanın keçdiyi tarixi yola və görülən işlərə diqqət çəkdi. Elmar Qasımov bildirdi ki, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində mühüm tarixi əhəmiyyətli işlər görüb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizə böyük nüfuz qazandırıb, Azərbaycan regionun lider dövlətinə çevrilib. O, Yeni Azərbaycan Partiyasının 23 illik bir dövrdə Azərbaycanın müstəqil, demokratik, sivil dövlət kimi qurulması və möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda ən fəal, ən qabaqcıl bir siyasi rol oynadığını vurğuladı. Bununla yanaşı, Yeni Azərbaycan Partiyası fəaliyyət göstərdiyi 23 il ərzində Azərbaycanın dağılması, parçalanması, bir dövlət kimi məhv olma təhlükəsi yaşadığı dövründən bu günki inkişafına, regionun ən güclü dövləti kimi özünü təsdiqləməsinə qədər həm çox çətin, həm də şərəfli bir yol keçdiyini xatırlatdı.

 

   Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov 23 illik tarixə diqqət çəkərək bu dövrdə partiyanın Azərbaycan xalqı qarşısında gördüyü işləri cox yüksək dəyərləndirdi. O, bildirdi ki, Yeni Azərbaycan Partiyası dövlətçilik uğrunda yorulmadan xidmət edərək öz uğurlu fəaliyyəti ilə ölkəmizi dünya miqyasında tanıtmağa nail olub. O qeyd etdi ki, ictimai proseslərin önündə yer alan, müstəqil Azərbaycanın tarixində keçirilən seçkilərdə hər zaman böyük qələbələr qazanan Yeni Azərbaycan Partiyası öz uğurlarını həmişə xalqla olan vəhdətindən əldə edib və Yeni Azərbaycan Partiyası dövlətçiliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi, o cümlədən bu günki tərəqqisinin əldə olunmasında müstəsna rol oynamaqla bərabər, ən mütəşəkkil, nüfuzlu, ən qabaqcıl və tərəqqipərvər siyasi partiya olduğunu Azərbaycan xalqı qarşısında xidmətləri və əməlləri ilə təsdiq edib.