AZ / EN / RU
BANM-nin "As-If team" yığma futbol komandası daxili futbol turnirinin qalibi olub

     Bakı Ali Neft Məktəbinin “As-If team” yığma futbol komandası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş daxili futbol turnirinin qalibi olub. Turnirdə II yeri “North Star” komandası, III yeri isə, müvafiq olaraq “Dark Horse” və “Gədəbəy” komandaları öz aralarında bölüşüblər. 

 

     Turnir oktyabr-dekabr ayları aralığında keçirilib və turnirin bombardiri 15 qolla qalib komandanın hücumçusu Elvin Həsənli olub. Qalib komanda turnir ərzində, ümumilikdə 45 qol vurub və 14 top buraxıb. Ən yaxşı qapıçı statusuna isə, “North Star” komandasının qapıçısı Elmin Məmmədov layiq görülüb.

 

     Qeyd edək ki, “As-İf team” komandasının adındakı “As-İf” sözü bütün komanda üzvlərinin İngilis dili müəllimi Asif müəllimin – BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi Asif Qocayevin adından götürülüb. Həm də bu sözün hərfi tərcüməsi “Guya ki” deməkdir, beləliklə, adın belə seçilməsi həm də yumoristik məna daşıyır.