AZ / EN / RU
BANM tələbələri "Dənizə bir qərənfil ataq" anım aksiyasına qoşulublar

     Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri SOCAR-ın “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsinə həsr olunan Dənizkənarı Bulvar İdarəsinin ərazisində "Dənizə bir qərənfil ataq" anım tədbirinə qoşularaq bu aksiyada fəal iştirak ediblər. Onlar qəza nəticəsində həlak olanların xatirəsini dərin ehtiramla anıblar. Tələbələr dənizin kənarına qərənfillər düzüblər, suya güllər atıblar.