AZ / EN / RU
BANM əməkdaşları seminarda olublar

   Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri, dosent Manafəddin Namazov, kafedranın dosenti Nailə Allahverdiyeva, kafedranın müəllimi Abbas Əlili TQDK-nın nəzdində fəaliyyət göstərən informatika üzrə elmi-metodiki seminarın növbəti iclasında iştirak ediblər. Seminarda Bakı Ali Neft Məktəbinin mütəxəssisləri ilə yanaşı, müxtəlif ali təhsil müəssisələrini təmsil edən mütəxəssislər iştirak ediblər. İclasda “Ali təhsil müəssisələrində informatika fənninin tədrisi sahəsində qazanılmış nailiyyətlər və mövcud olan problemlər” mövzusunda fikir mübadiləsi aparılıb. “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti Nailə Allahverdiyeva ”Bakı Ali Neft Məktəbində informatika fənninin tədrisi sahəsində qazanılmış nailiyyətlər və təcrübə” adlı məruzə ilə çıxış edib.

 

  Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının müdiri, dosent Manafəddin Namazov, kafedranın dosenti Nailə Allahverdiyeva və kafedranın müəllimi Abbas Əlili TQDK-da “İnformatika” fənni üzrə ekspert kimi iştirak edirlər.