AZ / EN / RU
Bakı Ali Neft Məktəbində imtahanlar davam edir

Bakı Ali Neft Məktəbində (BANM) qış imtahan sessiyası davam edir. Belə ki, BANM-in “Kimya mühəndisliyi”, “Neft-qaz mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri imtahan verirlər.

 

Qeyd edək ki, BANM-də 2015/2016-cı tədris ilinin qış imtahan sessiyasının təşkili ilə bağlı Ali Məktəbin rektoru Elmar Qasımov müvafiq əmr imzalayıb. Əmrə əsasən, imtahanlar yanvarın 7-dən 25-dək keçiriləcək.

 

Xatırladaq ki, BANM-də iki ixtisas - “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisası üzrə imtahanlar Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilib. Heriot-Vatt Universitetindən Bakı Ali Neft Məktəbinə ezam edilmiş heyət orada tərtib olunmuş imtahan sualları əsasında imtahanları təşkil edib, onların gedişinə nəzarət ediblər.