AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin rektoru Azərbaycan-İndoneziya energetika forumunda iştirak edib

   Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Bakıda keçirilən Azərbaycan-İndoneziya energetika forumunda iştirak edib. O, forumda rəhbərlik etdiyi Ali Məktəbin fəaliyyət istiqamətləri və Bakı Ali Neft Məktəbi ilə İndoneziya arasında gələcək əməkdaşlıq perspektivləri haqqında təqdimatla çıxış edib.

 

Qeyd edək ki, forumda Energetika naziri Natiq Əliyev Azərbaycan ilə İndoneziya arasındakı sıx əməkdaşlıq münasibətlərindən, iki ölkənin enerji sahəsindəki uğurlarından danışıb və forumun həmin əlaqələrin inkişafında xüsusi rol oynayacağını deyib. Indoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin Neft və Qaz üzrə baş direktoru Qusti Nyoman Viratmaja Puca deyib ki, ölkəsi Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.