AZ / EN / RU
BANM-də elektron kitablardan istifadə təcrübəsi ilə bağlı "EBSCO" şirkətinin təlimi

Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim və tələbə heyətinə “EBSCO Discovery Service vasitəsilə elektron kitablardan istifadə təcrübəsi” mövzusunda təlim keçirilib. Təlim “EBSCO” şirkətinin Çexiyalı nümayəndəsi İrina Kreyçarova tərəfindən təşkil olunub.

 

Təlim zamanı iştirakçılara öz gündəlik tədqiqatlarında EBSCO Discovery Xidməti platformasındakı elektron kitablardan necə istifadə olunmasına dair təqdimat nümayiş etdirilib. Təqdimatda həmçinin “EBSCO Discovery Service”in texnoloji xüsusiyyətləri, informasiya axtarış sistemin iş prinsipləri göstərilib.

 

İrina Kreyçarova öz təqdimatında BANM-in professor–müəllim heyəti və tələbələrinə gündəlik elmi araşdırmalarda və BANM-də həyata keçirilən işlərin nəticələrinin elmi təhlilində elektron kitabların istifadəsinin əhəmiyyətindən və geniş imkanlarından bəhs edib.

 

Təlimin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandırılan suallar cavablandırılıb.

 

Qeyd edək ki, EBSCO Discovery Service kimi tədqiqat platformasında yerləşdirilən elektron kitablardan istifadə istifadəçilərin öz elmi fəaliyyətini səmərəli şəkildə həyata keçirilməsinə xidmət edir, çünki öz elmi fəaliyyətlərində istifadə etdiyi akademik elektron resurslar elmi işin nəticələrini elmi yenilik və təcrübə baxımından daha çox dəyərli edir.