AZ / EN / RU
BANM-də "Şevron" şirkətinin Hyuston ofisinin mühəndisi seminar keçdi

Bakı Ali Neft Məktəbində (BANM) Society of Petroleum Engineers (SPE) - Neft Mühəndisləri Cəmiyyətinin Bakı Ali Neft Məktəbi üzrə bölməsinin taşkilatçılğı ilə “Quyuların tamamlanmasının keyfiyyəti və uzunmüddətli istismar: baş vermiş hadisələr və onlar sayəsində qazanılmış biliklər” adlı seminar keçirildi. Seminar “Şevron” şirkətinin Hyuston ofisinin neft mühəndisi xanım Marisel Markiz tərəfindən təqdim edildi.

 

Qeyd edək ki, xanım M.Markizin quyuların tamamlanması və istehsalat əməliyyatları, yataqların işlənilməsi, layihə menecmenti və elmi araşdırmalar üzrə 12 illik təcrübəsi var. M.Markiz Oklahoma Universitetində “Kimya mühəndisliyi” üzrə doktorantura təhsili alıb. Əslən Venesuelanın paytaxtı Karakasdan olan M.Markiz bir sıra mükafatlara layiq görülüb. Mütəmadi olaraq SPE Global təşkilatının fəaliyyətinə yaxından dəstək verir və Qadın Mühəndislər Cəmiyyətinin də fəal üzvüdür.

 

Seminarda 100-ə yaxın tələbə və mühəndis iştirak etdi. Seminar iştirakçılar tərəfindən maraqla qarşılandı və sual-cavab sessiyası ilə yekunlaşdı.

 

Sonda səfir tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.