AZ / EN / RU
BP şirkətinin vitse prezidenti BANM-in tələbələri üçün mühazirə keçdi

BP şirkətinin Əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli BANM-in tələbələri üçün “World Energy Politics or Energy Geopolitics (Global and Regional context)” (Dünya enerji siyasəti və ya enerji geopolitikası (qlobal və regional konteksdə)) mövzusunda mühazirə keçdi. Bəxtiyar Aslanbəyli öz təqdimatında müasir dünyada baş verən iqtisadi hadisələrdə neft  amilinin oynadığı roldan, neft ixrac və idxal edən, o cümlədən transit  ölkələrin neft siyasətindən, həmin dövlətlərin geosiyasi mövqeyindən söz açdı. Azərbaycanın neft strategiyasından bəhs edən natiq ölkəmizin müxtəlif qlobal və regional neft-qaz layihələrində iştirakından danışdı.

 

Sonda o, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.