AZ / EN / RU
Bakı Ali Neft Məktəbi Novruz bayramını qeyd edib

Bakı Ali Neft Məktəbinin (BANM) rəhbər, professor-müəllim və tələbə heyətinin  iştirakı ilə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

 

Təntənəli tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, bayramın tarixi kökləri, dəyərləri və xalqımızın adət-ənənələri haqqında danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor onu sülh, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. O, hər kəsə xoş əhval-ruhiyyə və bayram ovqatı arzulayıb.

 

Tədbir musiqili şou proqramı ilə davam edib. Proqram çərçivəsində BANM-in tələbələri müxtəlif mahnılar ifa edib, hazırladıqları rəqslərlə çıxış edib və Novruz rəmzlərini əks etdirən nümunələr nümayiş ediblər. Novruz şənliyi böyük ruh yüksəkliyi və sevinclə  qarşılanaraq, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş edib.