AZ / EN / RU
BANM-in tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Bakı Ali Neft Məktəbinin tələbələri Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri ilə birgə Quba şəhərində yerləşən Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Onlara 31 mart - Azərbaycanlıların soyqırımı haqqında geniş məlumat verilib. Ziyarət zamanı tələbələr 31 mart - Azərbaycanlıların soyqırımının qurbanlarını yad edib və məzarlığın önünə gül dəstələri düzüblər.