AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin əməkdaşları və tələbələrinin layihələri 8-ci qrant müsabiqəsində qalib oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il tarixlərində keçirilmiş 8-ci qrant müsabiqəsinin nəticələri elan edilib. Nəticələrə əsasən, “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə qalib gələn 737 layihədən səkkizi Bakı Ali Neft Məktəbinin əməkdaşları və tələbləri tərəfindən irəli sürülən layihələrdir.

 

Belə ki, Bakı Ali Neft Məktəbinin Tələbələrlə iş şöbəsinin rəisi Həbibə Sadıqlının “Kvant fizikasının sirləri gənc alimlərin təqdimatında”, Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Abbas Əlilinin “Gənclər üçün İKT təlimləri”, “Kimya mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbəsi Ruslan Hacıyevin ““Qarabağ incisi” videoçarx müsabiqəsi”, “Kimya mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbəsi Əhməd Qələndərlinin “Natiqlik bacarıqları təlimi”, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 4-cü kurs tələbəsi Mustafa Əsgərovun “Gənc ekoloqlar”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Kərim Kərimovun “Gənc robot mühəndisləri”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 3-cü kurs tələbəsi Rəhim Rəhimlinin ““AzApps” – tətbiqetmələr”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə 2-ci kurs tələbəsi  Pakizə Paşayevanın “Daxili dünyam” adlı layihələri 8-ci qrant müsabiqəsində qalib elan olunub və layihələrin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilməsi qərara alınıb.

 

Qeyd edək ki, layihələrin icrasına may ayından başlanılacaq.