AZ / EN / RU
Macarıstan Elmlər Akademiyasının professoru BANM-də təqdimatla çıxış edib

Macarıstan Elmlər Akademiyasının Enerji tədqiqatları mərkəzinin Elmi Şurasının sədri, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin professoru Atilla İmre Bakı Ali Neft Məktəbinin (BANM) pofessor-müəllim heyəti və tələbələri ilə görüşərək təqdimatla çıxış edib.

 

Qonağı salamlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Azərbaycan və Macarıstanın təhsil sistemindəki əlaqələrinin yüksək səviyyədə olmasından və bunun çərçivəsində BANM ilə Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin arasında gələcək perspektiv əməkdaşlıq istiqamətlərindən danışıb. Rektor iki universitet arasında tələbə mübadiləsi məsələsinə toxunaraq Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin tələbələrinin bir semestr ərzində Bakı Ali Neft Məktəbində təhsil alma imkanları haqqında təklifini irəli sürüb.  Elmar Qasımov BANM-də elmi tədqiqatlar aparmaq üçün geniş imkanların və zəngin elmi potensialın mövcud olduğunu qonağın diqqətinə çatdırıb. Elmi tədqiqatların aparılmasının bütün ölkə üçün əhəmiyyətini vurğulayaraq rektor tələbələri elmi işlərə təşviq etmək məqsədilə BANM-də aparılan işlərdən danışıb.

 

Macarıstan Elmlər Akademiyasının Enerji tədqiqatları mərkəzinin Elmi Şurasının sədri, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinin professoru  Atilla İmre BANM-də görülən işləri yüksək qiymətləndirib və rektor Elmar Qasımovun təklifini müsbət qarşılayıb. Professor Atilla İmre təqdimatında  təmsil etdiyi elm və təhsil ocaqlarının bölmə strukturları, orada aparılan elmi tətqiqatlar haqqında geniş məlumat verib. O, həmçinin uzun illər BANM-in professoru Fuad Vəliyevlə mənfi təzyiq sahəsində apardığı birgə elmi tədqiqatın nəticələrini nümayiş etdirib. Atilla İmre Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti və BANM arasında gələcək əməkdaşlığın mümkün perspektivləri haqqında danışıb.

 

Sonda Atilla İmre professor-müəllim heyətini və tələbələri maraqlandıran sualları cavablandırıb.