AZ / EN / RU
BANM-in rəhbər və tələbə heyəti Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü Bakı Ali Neft Məktəbində (BANM) anıldı. Ali Məktəbin rəhbərliyi, professor-müəllim heyəti və tələbələri ümummilli lider Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək, ulu öndərə dərin hörmət və ehtiramlarını nümayiş etdirdilər. Bununla yanaşı, mayın 10-da BANM-in bütün tədris auditoriyalarında ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun keçdiyi şərəfli həyat yolu, müasir Azərbaycan dövlətçiliyinin qurulmasında əvəzsiz xidmətləri haqqında danışılıb, Azərbaycanın qurtuluşunda göstərdiyi müdrik siyasəti və uzaqgörənliyi ilə xalqın ulu öndərinə çevrilərək, ürəklərdə özünə əbədi bir yer tutduğu qeyd olunub.