
- Bakı Ali Neft Məktəbində "Xoşbəxt et, Xoşbəxt ol" adlı xeyriyyə konserti keçirilib.
- IADC-nin prezidenti Bakı Ali Neft Məktəbinin tələbələrilə görüşdü
- Bakı Ali Neft Məktəbində üzgüçülük yarışları keçirilib.
- Bakı Ali Neft Məktəbində "PMI Azerbaijan 2019" sammiti keçirildi
- "Layihə İdarəetmə Məktəbində iştirak etməyə tamamilə dəyər!" BP-nin Xarici əlaqələr üzrə meneceri Günəş Əliyeva Layihə İdarəetmə Məktəbi haqqında fikirlərini paylaşıb.
- Bakı Ali Neft Məktəbində "Mühəndislər üçün Biznes təhsili"nin növbəti dərsləri başladı
- Bakı Ali Neft Məktəbində "PMI Azərbaycan Sammiti 2019" keçiriləcək
- Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi
- Bakı Ali Neft Məktəbində "Qəhrəmanlar unudulmur" adlı tədbir keçirilib
- Bakı Ali Neft Məktəbi və Polşanın WSB Universiteti arasında müqavilə imzalandı
Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə “Narkomaniyaya yox deyək!” adlı seminar keçirilib. Seminarda BANM-in rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova iştirak ediblər. Seminar QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova tərəfindən aparılıb.
Tədbiri açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru, professor Ramiz Hümbətov tədbirin keçirilməsinin mahiyyətindən söz açıb. Müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, bu problemin daim ictimaiyyətin nəzarəti altında saxlanmasının və gənclərin bu barədə məlumatlı olmasının zəruriliyindən bəhs edib.
QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova narkomaniya xəstəlyi, onun cəmiyyətə gətirdiyi bəlalardan, istifadəçilərinin qarşılaşdığı faciələrdən danışıb. Həkim deyib ki, narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Həmçinin, D.Mahmudova tələbələrə narkomaniya xəstəliyinin göstəriciləri, narkotik vasitələr, onların insan həyatına və cəmiyyətə təsiri, narkotik vasitələrdən asılılığın ağır nəticələri, sağlamlığa vurduğu zərərləri, bu xəstəliyə qarşı görülən profilaktik tədbirlər və ölkədə bu sahədə qəbul olunmuş qanunvericilik barədə geniş məlumat verib. O, gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib.
Sonra iştirakçılara narkomaniyanın bəlalarından bəhs edən sosial videoçarx nümayiş olunub.
Seminar sual-cavab sessiyası ilə yekunlaşıb.
Qeyd edək ki, “Narkomaniyaya yox deyək” adlı seminarın keçirilməsinin əsas məqsədi tələbələri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, gəncləri sağlam həyat tərzini ön plana çəkməyə və narkomaniyadan uzaq olmağa çağırmaqdır.