AZ / EN / RU
Bakı Ali Neft Məktəbinin dosenti təltif edildi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kafedrasının dosenti, texnika elmləri namizədi Leyla Muradxanlını səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 50-illik yubileyi münasibətilə Ali Məktəbin “Fəxri Fərman”ı ilə təltif edib. Belə ki, rektor Elmar Qasımov Leyla Muradxanlının elmi-pedaqoji fəaliyyətini qiymətləndirmək məqsədilə onun “Fəxri Fərman”la təltif edilməsi haqqında əmr imzalayıb. Bununla yanaşı, Leyla Muradxanlı respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı ilə də təltif edilib. BANM-in Elmi Şurasında Leyla Muradxanlını təbrik edən rektor ona elmi-pedaqoji fəaliyyətində uğurlar və nailiyyətlər arzu edib. Elmar Qasımov “Fəxri fərman”ları ona təqdim edib.