AZ / EN / RU
BANM-də Novruz bayramı qeyd olunub.

Bakı Ali Neft Məktəbində (BANM) Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BANM-in rektoru, professor-müəllim heyəti, əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov Novruz bayramı münasibətilə Azərbaycan xalqını, professor-müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən xoş arzularını çatdırıb.

Tədbirdə Novruz adət-ənənələri barədə ətraflı məlumat verilib. Daha sonra tələbələr bayrama həsr olunan musiqili kompozisiyaları nümayiş edib, nəğmələr oxuyub və rəqslər ifa ediblər.