AZ / EN / RU
Qubkin Universitetinin SPE tələbə bölməsinin nümayəndələri BANM-də

Bakı Ali Neft Məktəbində (BANM) İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin magistr və tələbələrinin Bakıya səfəri çərçivəsində Beynəlxalq Neft-Mühəndisləri Cəmiyyətinin (Society of Petroleum Engineers - SPE) BANM-dəki tələbə bölməsinin Qubkin Universitetinin tələbə bölməsini təmsil edən 10 tələbəsi ilə dəyirmi masa formatında görüşü keçirildi.

 

Dəyirmi masada BANM və Qubkin Universitetinin SPE tələbə bölmələrinin fəaliyyəti, iki ali təhsil müəssisəsi və tələbə təşkilatları arasında gələcək əməkdaşlığın inkişaf perspektivləri, birgə tədris və tələbə mübadiləsi proqramlarının hazırlanması məsələləri müzakirə edildi. Görüş zamanı qonaqlar SPE-nin BANM-dəki tələbə bölməsinin üzvlərini  Qubkin Universitetində noyabr ayında təşkil olunacaq «Oil and Gas Horizons 2016» - VIII Gənclərin beynəlxalq elmi-praktiki konkransında iştirak etmək üçün dəvət etdilər.

 

Qeyd edək ki, qonaqlar, həmçinin BP-nin Bakıdakı nümayəndəliyində BP Azərbaycanın neft-fizika sahəsində çalışan aparıcı mütəxəssisi, SPE Azərbaycanın gənc mütəxəssislər bölməsinin sədri Elşən Rzayevlə də görüşüblər. Burada iştirakçılar öz fəaliyyətləri, həyata keçirilmiş layihələr və peşə təcrübələri barədə fikir mübadiləsi aparıblar.