AZ / EN / RU
BANM-in yaranmasının 5 illiyinə həsr edilmiş turnir keçirilib

Bakı Ali Neft Məktəbi, "REDUCO" Təhsil Mərkəzi və "Azərbaycan" İntellektual Oyunlar klubunun (AİOK) dəstəyi, Bakı Ali Neft Məktəbi “İntellektual Oyunlar” klubunun təşkilatçılığı ilə BANM-in yaranmasının 5 illiyinə həsr edilmiş "Pentechronia" turniri keçirilib.

 

Turnirin açılışında çıxış edən AİOK-un prezidenti Aydın Piriyev Bakı Ali Neft Məktəbi İntellektual Oyunlar Klubunun öz dəst-xəttinə malik bir klub olduğunu və daim inkişaf etdiyini xüsusi vurğulayıb. Açılış nitqlərindən sonra BANM-in “Music Club” klubunun üzvləri Vüqar Həsənov və Sənan Həsənzadə çıxış etdilər.

 

Turnir 21 sualdan ibarət "Nə? Harada? Nə zaman?" tipli ilk mərhələ ilə start götürdü, daha sonra isə eyni tipli 19 sualdan ibarət "Mini Kubok" uğrunda mübarizə getdi. Turnirin sonunda "Breyn Rinq" formatlı final mərhələsi keçirildi.

 

"Pentechronia" turnirinin nəticələrinə görə, "Six Pack" komandası 1-ci yerə, "Dream Team" komandası 2-ci yerə, "Royal Flush" komandası 3-cü yerə layiq görüldü, "Revolution" komandası isə “Mini Kubok”un qalibi oldu.