AZ / EN / RU
"Gələcəkdə Mən, Sosial Mühit" adlı seminar

Bakı Ali Neft Məktəbində (BANM) Bakı Ali Neft Məktəbi Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə "Gələcəkdə Mən, Sosial Mühit" adlı seminar təşkil edilmişdir. Seminarda Bakı Ali Neft Məktəbi ilə yanaşı, Bakı Dövlət Universitetinin də tələbələri qonaq qismində iştirak ediblər.

 

Seminarda Bakı Ali Neft Məktəbinin mühəndislik fakultəsinin dekanı Zəfər Qurbanov çıxış etmiş, qonaqları, təlimçini salamlamış və tədbirin təşkilatçılarına təşəkkürlərini bildirmişdir.

 

2 saat müddətində davam edən seminarda təlimçi Ənvər Yavəroğlu tələbələrə insan psixologiyası, xarakterin formalaşması və xarakterə əsasən insanlarla münasibət haqda məlumat vermiş və oyun xarakterli bir neçə psixoloji test tətbiq etmişdir.