AZ / EN / RU
BANM-in tələbələri Qubkin Universitetində

Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə IV kursda təhsil alan tələbələri Camal Əhmədov və Murad Həsənov noyabr ayında Rusiyanın İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin Neft Mühəndisləri Cəmiyyəti (Society of Petroleum Engineers - SPE) tərəfindən təşkil olunmuş «Oil and Gas Horizons 2016» - VIII Gənclərin beynəlxalq elmi-praktiki konqresində iştirak ediblər.

 

Konqres zamanı iştirakçılar müxtəlif sessiyalar, seminarlar və oyunlarda iştirak edərək neft və qaz sahəsi üzrə biliklərini artırıblar. Bundan başqa, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin Xəzər regionu üzrə prezidenti ilə keçirilən dəyirmi masa zamanı həm Neftçi Mühəndisləri Cəmiyyətinin Azərbaycan bölməsi, həm də Bakı Ali Neft Məktəbinin  Neftçi Mühəndisləri Cəmiyyətinin həyata keçirdiyi layihələr təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Xatırladaq ki, bu ilin oktyabr ayında İ.M.Qubkin adına Rusiya Dövlət Neft-Qaz Universitetinin nümayəndə heyəti BANM-ə səfər ediblər.