AZ / EN / RU
BANM-də Elmi Şuranın genişləndirilmiş iclası oldu

Bakı Ali Neft Məktəbində (BANM) BANM-in Elmi Şurasının genişləndirilmiş iclası keçirildi. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iclasın Ali Məktəbin yaradılmasının 5 illiyinə həsr olunduğunu bildirdi. O, Elmi Şura üvzlərini və kollektivi bu münasibətlə təbrik etdi. Rektor Elmar Qasımov BANM-in tarixi, 5 illik fəaliyyəti, uğurları və perspektivləri haqqında geniş məruzə ilə çıxış edərək, qısa zaman ərzində böyük inkişafa nail olduğunu, bu istiqamətdə işlərin sürətlə və keyfiyyətlə aparıldığını dedi.

Sonra gündəlikdə duran məsələlərin geniş müzakirəsi oldu. Eyni zamanda, iclasda BANM-də kadr təyinatı və dəyişikliyi nəticəsində yeni təyin olunmuş əməkdaşlar kollektivə təqdim olundu.