AZ / EN / RU
Rektor Elmar Qasımov təltif etdi

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov İngilis dili və humanitar fənlər mərkəzinin baş müəllimi Simuzər Yusifovanın elmi-pedaqoji fəaliyyətini qiymətləndirmək məqsədilə, səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və 60-illik yubileyi münasibətilə onun Bakı Ali Neft Məktəbinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə müvafiq əmr imzalayıb.

 

Rektor Elmar Qasımov SOCAR-ın Böyük Britaniya nümayəndəliyinin rəhbəri Rüfət Əfəndiyevin Bakı Ali Neft Məktəbinin quruculuğu işində fəaliyyətini qiymətləndirmək məqsədilə onun Bakı Ali Neft Məktəbinin quruculuğu işində göstərdiyi yüksək xidmətə görə Bakı Ali Neft Məktəbinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə müvafiq əmr imzalayıb.

 

Rektor Simuzər Yusifova və Rüfət Əfəndiyevə təltifləri təqdim edib və onlara uğurlar arzulayıb. Təltif olunanlar Elmar Qasımova göstərilən diqqətə görə təşəkkür ediblər.