AZ / EN / RU
BANM-in rektoru Elmar Qasımovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriki

Hörmətli xanımlar və cənablar,

Əziz tələbələr,

Sizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm, hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti arzulayıram.

 

Geridə qoyduğumuz 2016-cı il Bakı Ali Neft Məktəbi üçün çox önəmli və tarixi cəhətdən əlamətdar bir il oldu. 29 noyabr 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbimizin 5 yaşını 2016-cı ildə qeyd etdik.

 

Qarşıdan gələn 2017-ci il Ali Məktəbin həyatında yeniliklər və yeni islahatların davamı olacaq. Əminəm ki, məhz 2017-ci ildə BANM-in yeni tikilmiş kampusu öz qapılarını Ali Məktəbimizin professor-müəllim heyəti, əməkdaşları və tələbələrinin üzünə açacaq. Məhz qarşıdan gələn 2017-ci ildə, növbəti tədris ilində BANM-in magistratura pilləsi üzrə proqramlarının təqdimatı olacaq. Beləliklə, 2017-ci tədris ilində Ali Məktəbimiz ilk məzunlarını yola salacaq. İlk magistr tələbələrimizi qəbul edəcəyik.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərin təhsilinə daim göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın təhsil sisteminin dünya təhsil məkanına sürətli inteqrasiyası bizim qarşımızda yeni-yeni vəzifələr qoyur, cənab Prezidentin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışını dəstəkləmək bizim ümdə vəzifəmizdir və əminəm ki, biz bunun öhdəsindən layiqincə gələcəyik!

 

Sizi bir daha 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm.

 

Bayramınız mübarək olsun!

Hörmətlə,

Elmar Qasımov

Bakı Ali Neft Məktəbinin rektoru