AZ / EN / RU
BANM üçün EBSCO «Energy & Power Source» bazasından pulsuz istifadə imkanı yaradılıb

EBSCO şirkəti Bakı Ali Neft Məktəbinin (BANM) Discovery layihəsi çərçivəsində  Ali Məktəbin profilinə uyğun “Energy & Power Source” məlumat bazasını 01 yanvar 2017-ci il tarixindən 31 avqust 2017-ci il tarixinə kimi oxucularımızın istifadəsinə  təqdim etmişdir.

 

Energy & Power Source bazasına daxil olan resurslar energetika sahəsinə və sənayesinə aid sualları əhatə edən jurnallar və monoqrafiyalar da daxil olmaqla 5100 artıq nəşr və hesabatlardır.  Energy & Power Source bazası energetika sənayesinin  kəşfiyyatı, işlənməsi, hasilatı, istehsalı,  nəqli, paylanması və istifadəsi  fəaliyyət növlərində çalışan mütəxəssislər üçün çox əhəmiyyətli mənbədir. Məlumat bazası Natural Gas & Electricity, Natural Gas (Wiley), Exploration & Production: The Oil & Gas Review, Gas Processors Report kimi tammətnli elmi jurnalların məqalələrini əks etdirir.

 

Aşağıdakı linkə daxil olmaqla daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

http://www.ebscohost.com/corporate-research/energy-power-source