AZ / EN / RU
BANM-in tələbələri TTSİ-də istehsalat təcrübəsinə başlayıblar

Bakı Ali Neft Məktəbinin (BANM) 1-ci kurs tələbələrinin istehsalatla ilk tanışlığını təmin etmək məqsədilə “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi” və “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasları üzrə təhsil alan I kurs tələbələri 2017-ci ilin yanvar ayının 16-dan 25-dək SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) Dənizdə insan həyatının mühafizəsi  üzrə təlim mərkəzində “Stasionar dəniz platformalarının və üzən qazma qurğularının heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” üzrə istehsalat təcrübəsinə başlayıblar. Təlimlər zamanı tələbələr dəniz platformalarının  heyətləri üçün təhlükəsizlik üzrə tanışlıq və yanğından mühafizə üzrə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ilə tanış olurlar.