AZ / EN / RU
Tələbələrimiz beynəlxalq seminarda sertifikatla təltif olunublar

Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Səidə Ələsgərova, Elbrus Əsədov, Fərid Mustafayev və Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Pakizə Paşayeva Beynəlxalq Gömrük Təşkilatının Bakıdakı Regional ofisində 23 yanvar 2017-ci il tarixində keçirilən seminarın sonunda sertifikatla təltif olunublar.

 

 

Xatırladaq ki, seminarı Çarlz Sturt Universitetinin mühazirəçisi və eyni zamanda, Gömrük Universitetlərinin Beynəlxalq Şəbəkəsi - İNCU (International Network of Customs Universities – İNCU) təşkilatının sədri Mixayıl Kaşubski aparıb.

 

Seminarın əsas mövzusu “Beynəlxalq ticarət transaksiyalarında risklər” və “Beynəlxalq ticarət sövdələşmə sənədlərinə baxış” olub. Mühazirədə BANM-in tələbələri ilə yanaşı, ABŞ-ın San-Dieqo Universitetindən 2 tələbə, Sankt-Peterburq Dövlət İdarəetmə Akademiyasından 1 nəfər tələbə iştirak ediblər.