AZ / EN / RU
BANM-də BP-nin seminarı keçirilib

Bakı Ali Neft Məktəbində (BANM) “Sualtı boru kəmərlərində axınların aramsız təminatında risklərin idarə olunması” mövzusunda BP-nin növbəti seminarı keçirilib. Seminarda BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri və professor-müəllim heyətı, BP şirkətinin kadrların milliləşdirilməsi məsələləri üzrə müşaviri Sevda Nağıyeva və şirkətin axın təminatı mühəndisi Əli Novruzov iştirak etdilər.

Seminarda BP-nin axın təminatı mühəndisi Əli Novruzov təqdimatla çıxış edib. O, öz təqdimatında Azərbaycan, Gürcüstan və Türkiyə regionunda sualtı boru kəmərlərində əsas risklər və onların idarə olunması haqqında geniş məlumat verib. O, qeyd edib ki, bu risklərə nəzarət və onların tənzimlənməsi işinə neft və qaz hidratları ilə, duzla, qumla, kondensatla, parafininlə və korroziya ilə mübarizə ilə əlaqədar məsələlər daxildir.

Məruzənin sonunda Əli Novruzov tələbələrin çoxsaylı suallarına cavab verdi.