AZ / EN / RU
Keyfiyyətin təminatı Şöbəsi

Bakı Ali Neft Məktəbində Keyfiyyətin Təminatı Şöbəsi əsas üç prosesi əhatə edir: Təsdiqləmə; İllik Monitorinq; Periodik Yoxlama. Bu proseslər bir mexanizm olaraq tədris keyfiyyətinin təminatı və BANM standartlarını möhkəmləndirmək üçün istifadə olunur.

Akademik keyfiyyəti və standartları yoxlamaq və nəzərdən keçirmək işləri əsasən Heriot-Vatt Universitetinin qaydalarına əsaslanır. Bununla yanaşı resursların adekvat şəkildə paylanmasını təmin etmək idarə etmədə müvafiq vəzifələrdən biridir. İşçi-Tələbə Komitəsi Keyfiyyətin Təminatı Şöbəsinin nəzdində fəaliyyət göstərən qurumdur və başlıca vəzifəsi fakültələrdə tədrisin keyfiyyətini artırmaq üçün semester ərzində tələbələrlə ən azı bir dəfə görüşərək onları narahat edən məsələlər barədə bir başa işçi heyətinə çatdırmağa həvəsləndirməkdir.

Keyfiyyətin Təminatı şöbəsi akademik departamentlərlə birgə BANM-də tədqiqatlar, təhsil, tədris və tələbələrin öyrənmə təcrübəsinin keyfiyyəti və standartları ilə əlaqəli siyasətin inkişafına və işlə bağlı proseslərə cavabdehdir.

Yüksək Standartlar: Akademik dərəcəni əldə etmək üçün tələb olunan minimum ilkin akademik standartlar milli qaydalara əsasən təyin olunur.

Keyfiyyətin Təminatı: Akademik dərəcə standartlarının KTA (Keyfiyyətə Təminat Agentliyi) Keyfiyyət Kodunda nəzərdə tutulan tələblərə cavab verdiyinə əmin olmaq və tələbələrin öyrənmə təcrübələrinin inkişaf etdirmək üçün tədris və təhsilin nizamlı monitorinqi, qiymətləndirilməsi və bunu dəstəkləyən proseslər.

Keyfiyyətin yaxşılaşdırılması: Tədrisin keyfiyyətinin yaxşılaşdırılması və tələbələrin dərsləri mənimsəməsinin dəstəklənməsi prosesi. Bu ifadə bizim yoxlama proseslərində texniki termin kimi işlənir.