AZ / EN / RU
Ömürboyu təhsil fakültəsinin əsas vəzifələri

  • Azərbaycan vətəndaşları və əcnəbilər üçün müxtəlif sahələrdə qısamüddətli stajkeçmə kurslarını təşkil etmək;
  • Azərbaycan vətəndaşları və əcnəbilər üçün müxtəlif istiqamətlərdə qısamüddətli və uzunmüddətli ixtisasartırma və yenidənhazırlama kurslarını təşkil etmək;
  • Azərbaycan vətəndaşlarının və əcnəbilərin BANM-də magistratura səviyyəsində təhsilini təşkil etmək;
  • SOCAR-ın strukturunda fəaliyyət göstərən müəssisə və təşkilatlarda mütəxəssislərin və rəhbər işçilərin müasir biliklərə yiyələnməsi üçün yaranmış ehtiyacları öyrənmək və fakültənin fəaliyyətinin planlaşdırılmasında istifadə etmək;
  • BANM-in rəhbər işçilərinin, professor-müəllim heyətinin və əməkdaşlarının təhsil və elm sahələrində müasir biliklərə və mütərəqqi təcrübəyə yiyələnməsini təmin etmək məqsədilə planlı şəkildə ölkədə və xaricdə stajkeçmə, ixtisasartırma və yenidənhazırlama kurslarını təşkil etmək;
  • Elm və texnikanın müxtəlif sahələrinə aid müasir biliklərin yayılması məqsədilə elmi və metodik konfrans, seminar və sərgilər keçirmək;
  • Müasir biliklərin yayılması sahəsində xarici ölkələrin tədris və elm mərkəzləri və transmilli şirkətlərlə əməkdaşlıq etmək;
  • Şagirdlər, abituriyentlər, ali və orta ixtisas məktəblərinin tələbələri, müəssisə və təşkilatların mütəxəssisləri və rəhbər işçiləri üçün “İngilis dili” “Kompüter və informasiya-kommunikasiya texnologiyaları”, “Fizika”, “Kimya“ və digər yönümlü qısamüddətli hazırlıq kursları təşkil etmək;
  • Müxtəlif yaş kateqoriyalarına aid fiziki şəxslər, müəssisə və təşkilatların nümayəndələri arasında müasir biliklərin yayılması istiqamətində ölkədə və xaricdə mövcud olan tendensiyaları daim öyrənmək və nəticələri fakültənin fəaliyyətinin təkminləşdirilməsində istifadə etmək.