
Mühəndislik fakültəsinin dekanlığı
Mühəndislik fakültəsinin dekanlığı
Baki Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin əsas vəzifələri
Fakültənin strukturuna daxil olan kafedraların tədris, elmi-tədqiqat fəaliyyətinə, beynəlxalq əlaqələrin genişləndirilməsinə və tələbələrlə təlim-tərbiyə işlərinə bilavasitə rəhbərlik edir, tabeliyində olan strukturların fəaliyyətini təşkil edir.
Qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün dekanlıq aşağıdakı funksiyaları həyata keçirir:
- Dekanlıq və kafedralar səviyyələrində müzakirələrin aparılması, qərarların qəbul edilməsi, onların icrasına nəzarətin təmin edilməsi və müvafiq sənədləşdirmə işlərinin həyata keçirilməsi;
- Fakültədə tədris yüklərinin hesablanması və bölgüsünə nəzarətin təmin olunması;
- Fakültədə aspirantların və doktorantların hazırlanması üzrə işlərin görülməsi;
- Fakültənin tərkibinə daxil olan kafedralar üzrə tədris olunan fənlərin proqramlarının hazırlanması, dərsliklərin yazılması və tədris-metodiki vəsaitlərin hazırlanmasının təşkil olunması;
- Fakültədə və həmçinin kafedralararası elmi və elmi-metodiki konfransların və elmi seminarların təşkil olunması;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə tələblərinə riayət olunmasının təmin edilməsi.
- Səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar müəyyən olunmuş qaydada BANM-i digər təşkilatlarda təmsil etmək;
- Funksiyalarına aid olan işlərin yerinə yetirilməsini təmin etmək üçün tələb olunan məlumatları və materialları BANM-in strukturuna daxil olan qurumlardan müvafiq qaydada almaq;
- BANM-in rəhbərliyinin göstərişi əsasında müvafiq məsələlərin həyata keçirilməsi üçün müəyyən edilmiş qaydada BANM-in strukturuna daxil olan qurumların əməkdaşlarını (həmin qurumun rəhbərliyi ilə razılaşdırmaqla) dekanlığın işinə cəlb etmək;
- Fakültənin cari və perspektiv iş planlarının həyata keçirilməsi ilə bağlı təkmilləşdirici təkliflərlə rektorluğa müraciət etmək.