AZ / EN / RU
Bərpaolunan enerji nədir?

 

Azərbaycan Respublikası yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olmaqla yanaşı, həmçinin  mövcud olan 12 iqlim qurşağından 9-na sahibdir. Bu o deməkdir ki, ölkəmizin yeraltı sərvətlərlə yanaşı (neft, qaz və s.) yerüstü resursları da (günəş, külək, geotermal və s.) kifayət qədərdir. Bu mənbələr bərpaolunan enerji istehsalı üçün çox əhəmiyyətli bir başlangıc nöqtəsidir, çünki Azərbaycanda bu mənbələrin əlverişli təbii şəraiti mövcuddur. Buna misal olaraq, Azərbaycanda orta hesabla 270 günəşli günün olması günəş enerjisinin istehsalı üçün kifayət qədər vacibdir, bir çox bölgələrdə olan təbii isti sular binaların isidilməsində vacib rol oynaya bilər, Abşeron yarımadasında olan külək ən vacib enerji mənbələrindən biridir və əlavə olaraq, ölkəmizin zəngin florası bioyanacaqların istehsalında mühüm rol oynaya bilər. Bərpaolunan enerji təbii mənbələrdən (günəş, külək, geotermal, biokütlə və s.) əldə olunan və yenidən bərpa oluna bilən, ətraf mühit üçün təmiz enerji növüdür. Bərpaolunan enerji texnologiyaları günəş, külək batareyaları, biokütlə, bioyanacaq və s. çox geniş bir həcmi əhatə edir və yeraltı sərvətlərdən fərqli olaraq (məs. ümumi neft və qazın 63 %-i Orta Şərq ölkələrinin payına düşür) dünya ərazisində daha geniş miqyasda yayılmışdır.

Bərpaolunan enerji niyə vacibdir?

Sürətlə inkişaf edən dünyanın və artan əhali sayının enerji ehtiyacı hər gün daha çox artır. Hesablamalara görə, bəşəriyyat 2040-ci ildə bugünkü enerji istifadəsindən 56 % daha cox enerji tələb edəcəkdir və bu bərpa olunan enerji mənbələrinin istifadə vacibliyini bir daha ortaya çıxarır. Hal-hazırda dominant enerji mənbələri tükənməkdə olan neft, təbii-qaz və daş kömürdür. Nəticə olaraq bu mənbələr bərpaolunan olmadıgından sürətlə azalmaqdadır, bu isə, artan enerji tələbatının ödənilməsində böyük problemlər yaradacaqdır. Hesablamalara görə, hal-hazırda neftin istifadəsi təbiətin eyni miqdar nefti əvəz etmə sürətindən  100.000 dəfə daha sürətlidir. Bu, neftin, həmçinin də qazın sürətlə tükənməsinin ən böyük gostəricisidir. Bu tükənən enerji mənbələrinə dəstək və həmçinin, artan əhalinin enerji ehtiyacını ödəmək üçün bərpaolunan enerjinin istifadəsi artıq qaçılmazdır.

Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzinin fəaliyyəti və missiyası haqqında

Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi SOCAR və E.ON şirkətlərinin birgə əməkdaşlığı ilə yaradılmışdır. Bu mərkəzin əsas məqsədi elm və mühəndisliyin dərinliklərindən istifadə edərək bərpaolunan, ekologiya üçün təmiz və effektiv enerji əldə etmək, enerji səmərəliliyi yüksək olan texnologiyalar yaratmaq və bu sahədə yüksək bilikli və təcrübəli kadrlar yetişdirməkdir. Mərkəzin ilk məqsədi bərpaolunan enerjidən istifadə edərək öz laboratoriya və ofislərinin və BANM-in auditoriyalarının enerji ehtiyaclarını qarşılamaq və daha sonra bunu geniş miqyaslı ərazilərdə tətbiq etməkdir.

Mərkəzin əsas missiyası

Bərpaolunan və davamlı daşıma

Enerji məhsuldarlığı

Berpaolunan elektrik

Fərqli sistemlərə inteqrasiya

Tədris

 

Effektiv daşıma texnologiyaları

 

Bioyanacaqlar

 

Hidrogen

 

Xüsusi və şirkət binaları

 

Sənaye binaları

 

Günəş

 

Külək

 

Su elektrik stansiyaları

 

Geotermal

 

Bioyanacaq

 

Təmiz enerji

 

Paylanmış enerji sistemləri

 

Batareyalar və istilik saxlayıcıları

 

Enerji analizi

 

Magistratura və doktorantura proqramları

 

Mütəxəssis hazırlığı

 

Konfransların təşkili

 

 

Partnyorlar

 

Özəl şirkətlər və sənaye

 

Nazirliklər ve Dövlət Agentliyi

 

Beynəlxalq əməkdaşlıq qurumları