AZ / EN / RU
Qəbul mərhələləri:

BANM-də mütəxəssis həyata keçirilən proqramlara qəbul üçün müraciət etmiş əcnəbilər aşağıdakı mərhələlərdən uğurla keçməklə Ali Məktəbimizə qəbul oluna bilərlər:

  • Siz təhsil almaq arzusunda olduğunuz ixtisası seçir və son müraciət tarixinə qədər sənədlərinizi elektron qaydada (bütün tələblərə uyğun şəkildə olmaqla) təqdim edirsiniz.
  • Sənədlərinizə baxıldıqdan (zəruri hallarda müsahibədən) sonra müsbət qərar verildiyi təqdirdə, sizinlə əlaqə saxlanılır. 
  • Siz qeyd olunmuş son ödəniş tarixinə qədər müəyyən edilmiş təhsil haqqını BANM-in hesabına köçürür və ödəniş qəbzinizi alır, onu admissions@bhos.edu.az ünvanına göndərirsiniz.
  • Ödənişin edilməsi təsdiqləndikdən sonra sizə qəbul haqqında rəsmi məktub göndərilir.
  • Bundan sonra əməkdaşlarımız Azərbaycana səfərinizlə bağlı zəruri tədbirlərin həyata keçirilməsində sizə yardımçı olur.
  • Siz qeyd olunmuş tarixdən gec olmamaq şərti ilə Azərbaycana gəlir və BANM-də təhsilinizə başlayırsınız.